Bakıda "Gelandewagen"in əzdiyi maşınlar - VİDEO - FOTO

Bakıda "Gelandewagen"in əzdiyi maşınlar - VİDEO - FOTO

Xəbər verdiyimiz kimi, Bakının Nəsimi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində "Gelandewagen" markalı avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 12 maşına ciddi ziyan vurub.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, hazırda "Gelandewagen" markalı avtomobilin vurduğu maşınlar hadisə yerindən aparılmayıb.

Sakinlərin verdiyi məlumata görə, hazırda polis tərəfindən saxlanılan "Gelandewagen"nin sürücüsü həmin binada kirayə qalır. Avtomobil özünə məxsus olmayıb. Sürücü qəzanı törədərkən sərxoş vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər