Bakıda gəmidə partlayış:yaralılar var

Bakıda gəmidə partlayış:yaralılar var

Xəzər Dəniz Neft Donanmasının "İsrafil Hüseynov” adına gəmisində yanğınla müşahidə olunan partlayış baş verib.

Xeberle.com xəbər verir ki, hadisə nəticəsində 13 nəfər yaralanıb.

Məlumata görə, hadisə gəmidə qaynaq işləri aparılarkən baş verib.

Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev hadisə barədə qafqazinfo-ya açıqlama verib. O, İsrafil Hüseynov boru düzən gəmisinin borudüzmə zonasında hansısa texnoloji avadanlıqda qəza baş verməsi hadisəsindən xəbərdar olduqlarını açıqlayıb: "Gəmi ilə davamlı əlaqədəyik. Heyətdən heç kim xəsarət almayıb. Gəmini hazırda "Saipem” şirkətinə icarəyə vermişik. Qəza baş verən ərazidə həmin şirkətin nümayəndələri çalışırlar. Bütün məlumatlar və ya işçilərin xəsarət alıb-almaması ilə bağlı məlumatları həmin şirkətdən ala bilərsiniz".


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər