Bakıda “İnsan inkişafı. Dünyaya inteqrasiya” mövzusunda II beynəlxalq elmi konfrans keçirilir

Bakıda “İnsan inkişafı. Dünyaya inteqrasiya” mövzusunda II beynəlxalq elmi konfrans keçirilir

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bu ali məktəbin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “İnsan inkişafı. Dünyaya inteqrasiya” mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Heydər Əliyevin AzMİU-nun həyətində ucaldılmış abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla anıblar.

Tədbiri açan universitetin rektoru, professor Gülçöhrə Məmmədova konfransın AzMİU-da ikinci dəfə keçirildiyini qeyd edərək, bunun bir ənənəyə çevriləcəyini deyib. Konfransın ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edildiyini bildirən rektor bu tədbirin Ümummilli Liderin şəxsiyyətinə dərin hörmət və ehtiramın təzahürü olduğunu vurğulayıb. O, Heydər Əliyevin çoxşaxəli, mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən söz açıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova “Davamlı inkişafda qadınların rolu” mövzusunda məruzə ilə çıxış edib. O vurğulayıb ki, gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi bu gün dövlət siyasətinin mühüm prioritetlərini təşkil edir. Bu baxımdan ötən müddətdə qadınların iştirakçılığının artırılması üçün imkanların genişləndirilməsi, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişafı istiqamətində mühüm işlər görülüb.

Sonra AzMİU-nun ictimai fənlər kafedrasının müdiri Könül Əliyeva “Firavan, ahəngdar və təhlükəsiz gələcək üçün dəyişən iqtisadiyyat və dövlət”, Ümumrusiya Dövlət Ədliyyə Universitetinin dosenti Şaraputdin Rəşidov “Xarici tələbələrin Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil perspektivi və problemləri” mövzularında məruzələrlə çıxış ediblər.

Konfrans işini bölmə iclaslarında davam etdirib.

Qeyd edək ki, konfransa 98 məqalə təqdim edilib. İki gün davam edəcək beynəlxalq konfransın bölmə iclaslarında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Açar sözlər
Könül Əliyeva , Heydər Əliyev , Hicran Hüseynova , Gülçöhrə Məmmədova , Qadın Və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi , Azərbaycan Memarlıq Və Inşaat Universiteti , Dövlət Ədliyyə Universiteti , Bakı , Rusiya Federasiyası
Siyasət xəbərləri
Azertag.az digər xəbərlər
Mayda AZAL və “Buta Airways”in reysləri 2 gün dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

Mayda AZAL və “Buta Airways”in reysləri 2 gün dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 12:07 - Azertag.az - İqtisadiyyat
Mayın 29 və 30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.29 may (yerli vaxt göstərilib, “+” növbəti gündəki vaxtı işarə edir)Reysin nömrəsi MarşrutBakıdan uçuşTəyinat məntəqəsinə gəlişTəyinat məntəqəsindən uçuşBakıya gəlişJ2-003/004Bakı-Ankara-Bakı20:0021:3022:3001:50+J2-011/012Bakı-Dubay-Bakı04:5007:4510:1013:10J2-026Antalya-Bakı 16:0019:50J2-076İstanbul (IST)-Bakı 16:3020:15J2-9683/9684Kiyev(IEV)-Bakı(Buta Airways) 16:1020:30J2-9575/9576Bakı-Kazan- Bakı(Buta Airways)20:0021:5022:5002:50+J2-9717/9718Bakı-Mineralnıye Vodı-Bakı(Buta Airways) 21:0021:4022:4001:05+J2-809/810Bakı-Moskva (VKO)-BakıReyslər ləğv edilibJ2-079/080Bakı - İstanbul-BakıReyslər ləğv edilibJ2-852/851Bakı- Moskva (DME)- BakıReyslər ləğv edilibJ2-255Bakı-NaxçıvanReys ləğv edilibJ2-254Naxçıvan- BakıReys ləğv edilib30 may (yerli vaxt göstərilib)Reysin nömrəsiMarşrutBakıdan uçuşTəyinat məntəqəsinə gəlişTəyinat məntəqəsindən uçuşBakıya gəlişJ2-011/012Bakı-Dubay-Bakı12:4015:3516:4519:45J2-827Bakı-Moskva (VKO)02:4505:00 J2-852/851Bakı- Moskva (DME)- Bakı11:4013:5014:5018:40J2-9111/9112Bakı-Alanya-Bakı(Buta Airways)12:3014:3015:3019:20J2-9685/9686Bakı-Odessa-Bakı(Buta Airways)12:1514:4015:4019:40J2-239Bakı–GəncəReys mayın 29-na keçirilib uçuş: 08:00, eniş: 09:00J2-021/322Bakı –Təl-Əviv –BakıReyslər ləğv edilibJ2-075/076Bakı – İstanbul (IST)-BakıReyslər ləğv edilibJ2-9103/9104Bakı – İstanbul (SAW)-Bakı (Buta Airways)Reyslər ləğv edilibJ2-9223/9224Bakı-Tbilisi-Bakı(Buta Airways)Reyslər ləğv edilibJ2-9017/9018Bakı -Tehran - Bakı(Buta Airways)Reyslər ləğv edilibJ2-251Bakı-NaxçıvanReys ləğv edilibJ2-258Naxçıvan-BakıReys ləğv edilibSadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.