Bakıda "İnsan ruhunun qüdrəti" adlı Amerika film festivalı keçiriləcək

Bakıda "İnsan ruhunun qüdrəti" adlı Amerika film festivalı keçiriləcək

Bakıda "İnsan ruhunun qüdrəti" adlı Amerika film festivalı keçiriləcək.

ABŞ-ın Azərbaycandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, bütün filmlər 2019-cu il mayın 1-5-də "Park Cinema Fleym Touers"də nümayiş olunacaq.

"Aydakı adam","Yaraşıqlı oğlan", "Yaşıl kitab", "Sevgi ilə, Saymon" və "Bir ulduz doğulur" kimi beş əlamətdar və müxtəlif filmlər rus dilində altyazı ilə ingilis dilində nümayiş olunacaq. Biletlərin hər biri 2 manatdır. Biletlər www.parkcinema.az saytında və "Park Cinema" kassalarında da mövcuddur.

ABŞ-ın Azərbaycandakı Səfirliyi bu tədbiri burada keçirilməsinə görə "Park Cinema"ya təşəkkürünü bildirir. Azərbaycan ictimaiyyətini bu mükafat qazanan Amerika filmlərinə baxmağa dəvət edir:

Film

Həftə Günləri

Günlər

Vaxt

Zal #

Aydakı adam

Çərşənbə

1 may 2019

19:00

3 & 4

Yaraşıqlı oğlan

Cümə axşamı

2 may 2019

19:00

3

Yaşıl kitab

Cümə

3 may 2019

19:00

3

Sevgi ilə, Saymon

Şənbə

4 may 2019

19:00

3

Bir ulduz doğulur

Bazar günü

5 may 2019

19:00

3

Filmlərin nümayişi; Alov Qüllələri, Mehdi Hüseyn 1 a ünvanında yerləşən "Park Cinema"da olacaq

Milli.Az

Mədəniyyət xəbərləri
Milli.az digər xəbərlər