Bakıda kanalizasiya lyukuna ilişib dağılan bolid təmir olundu

Bakıda kanalizasiya lyukuna ilişib dağılan bolid təmir olundu

"Uilyams" komandasının rəhbərinin müavini Kler Uilyams qeyd edib ki, "Formula 1 Azərbaycan Qran-prisi"ndə xəsarət almış hər iki şassi bərpa olunub və İspaniyadakı mərhələyə gətirilib.

Faktor.az virtualaz.org-a istinadən bildirir ki,bununla bağlı Kler Uilyams deyib:

""Bakıda istirahət günlərində baş vermiş hadisələrdən sonra hər iki şassi təmir olunub və İspaniyaya ehtiyat şassisi qismində gətirilib. Uşaqlar zavodda fenomenal iş görüblər və hər şeyi təmir edərək, əllərindən gələni ediblər ki, şassilər İspaniyaya çatdırılsın.

O ki qaldı Rasselin şassisinin bərpasına, biz kompensasiya alacağıq. Bütün işlər sığorta şirkəti vasitəsilə həyata keçiriləcək. Bunun nə qədər vaxt aparacağını bilmirəm, amma Bakıdakı yarışların promouterləri anlayırlar ki, bu, mümkün qədər tez olmalıdır. Biz indi təmirin neçəyə başa gəldiyini hesablayırıq, sonra bu kağızları sığorta şirlətinə təqdim edəcəyik".

İdman xəbərləri
Faktor.az digər xəbərlər
Xəzərdə 14 nəfərin yaralandığı hadisəyə görə cinayət işi açıldı - RƏSMİ

Xəzərdə 14 nəfərin yaralandığı hadisəyə görə cinayət işi açıldı - RƏSMİ

09-05-2019 13:17 - Faktor.az - Hadisə

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri “Saipem” şirkəti tərəfindən icarəyə götürülmüş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “İsrafil Hüseynov” borudüzən gəmisində baş vermiş bədbəxt hadisə barədə birgə məlumat yayıb

Modern.az-a verilən birgə məlumatda qeyd edilir ki, mayın 8-də “İsrafil Hüseynov” borudüzən gəmisində texnoloji avadanlıqda yaranan nasazlığın aradan qaldırılması məqsədilə aparılan təmir işləri zamanı partlayışla müşayiət olunan yanğının baş verməsi səbəbindən şirkətin Azərbaycan Respublikası və digər xarici ölkələrin vətəndaşlarından ibarət 14 nəfər əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 404-39-00, Fövqəladə Hallar Nazirliyinin “112”, Baş Prokurorluğun 440-78-13 nömrəli “Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.