Bakıda keçmiş məhkum tutuldu

Bakıda keçmiş məhkum tutuldu
26 Aprel 2019 [12:34]

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Namiq Əsgərov saxlanılıb.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 1 ədəd 50 və 1 ədəd 100 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisə xəbərləri
Mia.az digər xəbərlər