Bakıda kişi sevgilisini kürəyindən bıçaqladı

Bakıda kişi sevgilisini kürəyindən bıçaqladı

Suraxanı rayonunda 41 yaşlı qadın bıçaqlanıb.

"Ölkə.Az" xəbər verir ki, hadisə Suraxanı rayonunun Əmircan qəsəbəsində baş verib. 41 yaşlı Abdullayeva Firəngiz Heto qızı qeyri-qanuni nigahda yaşadığı Rəşad adlı şəxs tərəfindən bıçaqlanıb. Bel nahiyəsindən ciddi xəsarət alan qadın 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Suraxanı rayon polis idarəsində araşdırma aparılır.

Natiq Allahverdiyev
Ölkə.Az

Hadisə xəbərləri
Olke.az digər xəbərlər