Bakıda kolbasa sexindən dəhşətli görüntülər

Bakıda kolbasa sexindən dəhşətli görüntülər

Binəqədi rayonunun Biləcəri qəsəbəsində anti-sanitar şəraitdə ət məhsulları, yəni kolbasa istehsal edən müəssisə aşkarlanıb.

REAL xəbər verir ki, Murad Muradova məxsus olan müəssisədə AQTA-nın apardığı araşdırmalar zamanı məlum olub ki, bura sanitariya qaydalarına riayət edilmədən fəaliyyət göstərir. İstehsal edilən məhsullar yararlılıq müddəti bitmiş məhsullarla birlikdə saxlanılır. Yararlılıq müddəti bitmiş məhsullar təkrar emal üçün istifadə olunur.

Ət məhsulları "zadəgan" adı altında istehsal olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

İqtisadiyyat xəbərləri
Olaylar.az digər xəbərlər
I sinfə qəbul üçün tələb edilən sənədlər açıqlanıb

I sinfə qəbul üçün tələb edilən sənədlər açıqlanıb

07-03-2019 23:24 - Olaylar.az - Hadisə
Təhsil Nazirliyindən verilən məlumata görə, valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı sənədləri məktəbə təqdim etməlidir:- Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin, uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti;- Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;- xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;- digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;- uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);- (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;- valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış "Şəxsi kabinet"indən çap olunmuş "Ərizə".