Bakıda kriminal aləmdə "Emil 444" ləqəbi ilə tanınan şəxs qətlə yetirilib - VİDEO - YENİLƏNİB

Bakıda kriminal aləmdə "Emil 444" ləqəbi ilə tanınan şəxs qətlə yetirilib - VİDEO - YENİLƏNİB


"Report" xəbər verir ki,İsrafil Həşimov küçəsində baş vermişdava zamanı kriminal aləmdə"Emil 444" ləqəbi ilə tanınanSəfərov Emil Ehtiram oğluqətlə yetirilib.


Həmçinin1958-ci il təvəllüdlüYusifov Əli Məhəmməd oğlubıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə xəbərləri
Sfera.az digər xəbərlər
Gəmidə xəsarət alan 15 nəfərin adları məlum oldu –SİYAHI

Gəmidə xəsarət alan 15 nəfərin adları məlum oldu –SİYAHI

10-05-2019 11:41 - Sfera.az - Hadisə







Mayın 8-də axşam saatlarında Xəzər dənizində "Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov” borudüzən gəmisində baş verən yanğın nəticəsində xəsarət alanların adları məlum olub.


Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb.
 

Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən 15 nəfərdən 1-i müayinə olunduqdan sonra evə buraxılıb, 14 nəfər isə xəstəxanaya yerləşdirilib.


Hadisə nəticəsində ağır xəsarətlər alan 1986-cı il təvəllüdlü Süleymanov Emin Fayaz oğlu, 1969-cu il təvəllüdlü Drus Atek Bin, Lembang George Anak, 1984-cü il təvəllüdlü Anak Laşrence Assan Aleksandr Lembang, 1984-cü il təvəllüdlü Radu Robert, 1982-ci il təvəllüdlü Di Giacomo Emmanuele və 1984-cü il təvəllüdlü Haükins Jozeph xəstəxananın reanimasiya şöbəsinə, 1990-cı il təvəllüdlü Səlimli Rasim Əyyub oğlu, 1987-ci il təvəllüdlü Bekeni Moses Anak, 1985-ci il təvəllüdlü Boz Daniel Rovano, 1988-ci il təvəllüdlü Banaüich Leüis Jozeph, 1956-cı il təvəllüdlü Eves Paul Artur, 1979-cu il təvəllüdlü Mehtiyev İxtiyar Ağabəy oğlu və Maskik Mirko xəstəxananın cərrahiyyə və lor şöbələrinə yerləşdiriliblər.


Hadisə nəticəsində yüngül xəsarət alan, gəminin mətbəxində işləyən 1989-cu il təvəllüdlü Rəşad Xudiyev isə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.


Hazırda reanimasiyada olan həmin 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, 4 nəfərin isə vəziyyəti sabit ağırdır.


Xatırladaq ki, mayın 8-də təqribən saat 18:30 radələrində "Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov” borudüzən gəmisində yanğın baş verib.