Bakıda "kriminal avtoritet"i qətlə yetirən şəxs saxlanıldı

Bakıda "kriminal avtoritet"i  qətlə yetirən şəxs saxlanıldı

Bakıda "kriminal avtoritet"i qətlə yetirən şəxs saxlanılıb.

Binəqədi Rayon Prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, hadisə Binəqədi rayonu, İ.Haşımov küçəsi 8 ünvanında baş verib.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsində kirayədə yaşayan, 1995-ci il təvəllüdlü Tağıyev Həsən Mərdan oğlu Masallı rayonunda anadan olmuş, Binəqədi rayonu, İsrafil Haşımov küçəsi ev 8, mənzil 56-da yaşayan, 1988-ci il təvəllüdlü Səfərov Emin Ehtiram oğlunu aralarında yaranmış mübahisə nəticəsində yaşadığı binanın qarşısında bıçaqla qətlə yetirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. H.Tağıyev şübhəli şəxs qismində saxlanılıb.

Xatırladaq ki, qətlə yetirilən Emil Səfərov kriminal aləmdə "Emil-444" ləqəbi ilə tanınırmış.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Hadisə xəbərləri
Gəmidə xəsarət alan 15 nəfərin adları məlum oldu –SİYAHI

Gəmidə xəsarət alan 15 nəfərin adları məlum oldu –SİYAHI

10-05-2019 11:41 - Sfera.az - Hadisə







Mayın 8-də axşam saatlarında Xəzər dənizində "Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov” borudüzən gəmisində baş verən yanğın nəticəsində xəsarət alanların adları məlum olub.


Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb.
 

Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən 15 nəfərdən 1-i müayinə olunduqdan sonra evə buraxılıb, 14 nəfər isə xəstəxanaya yerləşdirilib.


Hadisə nəticəsində ağır xəsarətlər alan 1986-cı il təvəllüdlü Süleymanov Emin Fayaz oğlu, 1969-cu il təvəllüdlü Drus Atek Bin, Lembang George Anak, 1984-cü il təvəllüdlü Anak Laşrence Assan Aleksandr Lembang, 1984-cü il təvəllüdlü Radu Robert, 1982-ci il təvəllüdlü Di Giacomo Emmanuele və 1984-cü il təvəllüdlü Haükins Jozeph xəstəxananın reanimasiya şöbəsinə, 1990-cı il təvəllüdlü Səlimli Rasim Əyyub oğlu, 1987-ci il təvəllüdlü Bekeni Moses Anak, 1985-ci il təvəllüdlü Boz Daniel Rovano, 1988-ci il təvəllüdlü Banaüich Leüis Jozeph, 1956-cı il təvəllüdlü Eves Paul Artur, 1979-cu il təvəllüdlü Mehtiyev İxtiyar Ağabəy oğlu və Maskik Mirko xəstəxananın cərrahiyyə və lor şöbələrinə yerləşdiriliblər.


Hadisə nəticəsində yüngül xəsarət alan, gəminin mətbəxində işləyən 1989-cu il təvəllüdlü Rəşad Xudiyev isə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.


Hazırda reanimasiyada olan həmin 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, 4 nəfərin isə vəziyyəti sabit ağırdır.


Xatırladaq ki, mayın 8-də təqribən saat 18:30 radələrində "Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov” borudüzən gəmisində yanğın baş verib.
Metbuat.az digər xəbərlər