Bakıda küçə itlərinin güllələnməsinə qarşı ETİRAZ AKSİYASI - "Bir il heç kimi it dişləmir, "Formula" qabağı başlayırlar aqressiv olmağa?!"

Bakıda küçə itlərinin güllələnməsinə qarşı ETİRAZ AKSİYASI - "Bir il heç kimi it dişləmir, "Formula" qabağı başlayırlar aqressiv olmağa?!"

Aprelin 22-də bir qrup heyvansevər Bakı şəhər icra hakimiyyətinin qarşısında etiraz nümayişi keçirib. Onlar küçə itlərinin güllələnib öldürüldüyünü iddia edirlər.

Etirzazçılar hesab edirlər ki, "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi Bakıdakı küçə itləri ilə öz qaydalarına uyğun davranmır.

"Toplan" Heydər Əliyev Fondunun və BŞİH-nin sahibsiz itlərlə bağlı birgə layihəsi çərçivəsində yaradılıb.

Məsələ ilə bağlı Bakı şəhər icra hakimiyyətindən şərh almaq mümkün olmayıb.

"Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzindən səslənən iddiaları əsassız sayıblar. Mərkəz bildirir ki, küçələrdən toplanan sağlam itlərlə bağlı lazımi işlər görüləndən sonra onlar geriyə qaytarılır.

"Xəstə, aqressiv heyvanlar humanist yolla evtanaziya olunur", qurum bildirir.

Hadisə xəbərləri
Muxalifet.az digər xəbərlər