Bakıda orta məktəbdən 300 manatlıq oğurluq olub

Bakıda orta məktəbdən 300 manatlıq oğurluq olub

Bakıda orta məktəbdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bİnəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə rayon ərazisindəki orta məktəblərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və 300 manat dəyərində proyektorun oğurlandığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan 2yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.

Açar sözlər
Daxili Işlər Nazirliyi , Bakı , Binəqədi
Hadisə xəbərləri
Virtualaz.org digər xəbərlər