Bakıda orta məktəbdən oğurluq edən yeniyetmələr tutuldular

Bakıda orta məktəbdən oğurluq edən yeniyetmələr tutuldular

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə rayon ərazisindəki orta məktəblərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və 300 manat dəyərində proyektorun oğurlandığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan 2 yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər