Bakıda qardaş qardaşı güllələdi

Bakıda qardaş qardaşı güllələdi

Bakıda qardaş qardaşı odlu silahla qətlə yetirib.

ONA-nın məlumatına görə, hadisə bu gün Sabunçı rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində Hacı Kamran və Hüseynbala adlı iki qardaş arasında torpaq bölgüsü üstündə mübahisə yaranıb. Hüseynbala evdən ov tüfəngini götürərək atəş açıb və Hacı Kamran hadisə yerində ölüb.

Hüseynbala hadisə yerindən qaçıb.

Hazırda hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Hadisə xəbərləri
Big.az digər xəbərlər