Bakıda sahibkar yorulmuş yaşlı qadını təhqir edərək qovdu — VİDEO

Bakıda sahibkar yorulmuş yaşlı qadını təhqir edərək qovdu — VİDEO

Ötən gün Bakıda Əlövsət Quliyev küçəsində yaşlı qadına qarşı həmin ərazidə yerləşən obyekt sahibi tərəfindən kobudluq edilib.


7News.Az.az-n məlumatına görə, hadisə vaxtı orada olan vətəndaşlardan biri hadisənin müəyyən hissələrini video görüntüyə alaraq redaksiyamıza göndərib.


Vətəndaşın məlumatına görə, yaşlı qadın əlində sumkalarla evinə doğru ghedərkən yorulub və bir qədər dayanaraq dincəlmək istəyib. Bu zaman həmin ərazidəki kafenin sahibi qadına bildirib ki, obyektin qabağında dayanmasın və oradan uzaqlaşsın. Sahibkarın bunu kobud şəkildə etməsi və qadını qovması ətrafdakı vətəndaşların narazılığına səbəb olub. Onlar həmin kafenin sahibinin qadınla kobud davranışına görə qınayıblar. Nəticədə kiçik insident yaşanıb.


Daha sonra qadın bildirib ki, o çox kasıb vəziyyətdə yaşayır, buna görə də ətrafdakı adamlar onu xoşlamır. Qadın qızı ilə yaşadığını, bəzən ac qaldıqlarını, evin kirayə pulunu ödəyə bilmədiklərini deyib. 85 yaşlı qadın bildirib ki, 2 oğlan övladı gənc yaşlarında onu atıb Rusiyaya gedib və rusiyalı qadınlarla evlənib orada qalıb.


Daha sonra oğlan övladlarının hər ikisi orada vəfat edib. İndi qızı ilə kasıb həyat yaşayır və bəzən utanaraq dilənçilik etdiyini bildirir.

7News.Az

Hadisə xəbərləri
7news.az digər xəbərlər
“Yol Nişan” şirkətinin direktoru yol nişanlarını oğurladığına görə saxlanıldı

“Yol Nişan” şirkətinin direktoru yol nişanlarını oğurladığına görə saxlanıldı

09-05-2019 20:59 - 7news.az - Hadisə
Aprelin 28-nə keçən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun hər iki istiqamətində quraşdırılmış yol nişanlarının oğurlanması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 7NEWS.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd olunan avtomobil yolunun 26-101-ci kilometrliyində - Şamaxı və əks istiqamətlərdə nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, habelə yol hərəkəti iştirakçılarını məlumatlandırmaq məqsədilə quraşdırılmış 59 ədəd yol nişanları və göstəricilərinin gizli yolla talandığı məlum olub.


Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.


Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Yol Nişan” MMC-nin direktoruŞamxal QurbanovtanışlarıBəxtiyar Umudov, Elşad MənəfovvəElgün Salahovlaqabaqcadan əlbir olaraq aprelin 27-dən 28-nə keçən gecə sözügedən magistral yolun qeyd olunan hissəsində quraşdırılmış yol nişanları və göstəricilərini oğurlayaraq "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə, ümumilikdə, 6,4 min manata yaxın maddi ziyan vurublar.


Mayın 8-də adları çəkilən şəxslər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub, oğurlanmış yol nişanları və göstəricilər aşkar olunaraq maddi sübut kimi götürülüb.


Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.