Bakıda sərnişin avtobusu qəza törətdi, 3 nəfər yaralandı

Bakıda sərnişin avtobusu qəza törətdi, 3 nəfər yaralandı

Bakıda sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.

Virtualaz.org xəbər verir ki, hadisə Səbail rayonunda - "Bəhramgur" heykəlinin yaxınlığında qeydə alınıb.

Minik maşını ilə 53 saylı marşrut üzrə hərəkət edən avtobus toqquşub. Nəticədə, 3 nəfər yaralanıb. Toqquşmadan sonra avtobus bir piyadanı da vurub.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov sorğusumuza cavab olaraq bildirib ki, təcili yardimla 3 yaralı xəstəxanaya gətirilib. Onlardan biri azyaşlıdır.

Yaralıların vəziyyəti orta ağır qiymətləndirilib.

Hadisə xəbərləri
Virtualaz.org digər xəbərlər