Bakıda sərxoş kişi bıçaqlanıb

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
ONA-nın xəbərinə görə, 1979-сu il təvəllüdlü Əliyev Fizuli qarnından bıçaqlanıb.
Yaralı içkili olduğundan onu kimin bıçaqladığını xatırlamır.
O dərhal şəhər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Ona bədənin ön hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Açar sözlər
Suraxanı Rayon Polis Idarəsi
, Bakı
, Suraxanı