Bakıda sərxoş kişini bıçaqladılar - VİDEO

Bakıda sərxoş kişini bıçaqladılar - VİDEO

Gecə saatlarında Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, 1979-cu il təvəllüdlü Əliyev Füzuli naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Xəsarət alan şəxs hadisə zamanı içkili vəziyyətdə olduğundan onu kimin bıçaqladığı məlum deyil.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

Hadisə xəbərləri
Oxu.az digər xəbərlər