Bakıda sevdiyini anası ilə güllələyən gəncə ağır – Cəza


Bakının Sabunçu rayonunda ana və qızını güllələyən 1997-cu il təvəllüdlü Sabir Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Sabir Qədimov 19 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il mayın 31-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində Sabir Qədimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə 17 yaşlı tanışı Aytən və onun 55 yaşlı anası Esmira Cəfərovalara xəsarət yetirib və hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilmiş Aytən orada ölüb, anasına tibbi yardım göstərilib, onun həyatını xilas etmək mümkün olub.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Sabir Qədimov saxlanılıb. Onun evindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb. O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib.

Bildirib ki, ailəsi bir neçə gün əvvəl Aytən Cəfərovaya elçi gəlib. Əvvəlcə Cəfərovlar qızı Sabir Qədimova versələr də, sonradan məsələ pozulub.

Bu səbəbdən mayın 31-də, axşam saatlarında Sabir Qədimov Aytən Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib.

Sabir Qədimov qızın onunla nişanlanacağını, onunla evlənəcəyini deyib.

Aytən Cəfərova ilə mübahisədən sonra Sabir Qədimov evlərinə qayıdıb. O, babasına məxsus ov tüfəngini götürərək geri dönüb, Aytənlə yenidən mübahisə edib. Tüfəngi atəş vəziyyətinə gətirən zaman qızın anası qabağa keçib. 21 yaşlı oğlan həm qızı, həm də anasını güllələyib.

Sabir Qədimovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə dabam öldürmə), 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə), 29, 120.2.2-ci xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd etmə), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə) maddələri ilə ittiham elan edilib.


Açar sözlər
Aytən Cəfərova , Sabir Qədimov , Bakı Ağır Cinayətlər Məhkəməsi , Bakı , Sabunçu , Xəsarət
Hadisə xəbərləri
Teleqraf.com digər xəbərlər

Yüzlərlə gənc könüllülər sıralarına qatılır

26-04-2019 11:46 - Teleqraf.com - Siyasət

 
 
 Ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış “Təbiəti könüllü qoruyaq” adlı könüllülər proqramının ali məktəblərdə təqdimatı keçirilib.

 

Teleqraf.com xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasında, İqtisad, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində, Bakı Ali Neft Məktəbində keçirilən təqdimatlarda ETSN-nin nümayəndələri tələbələrə ekokönüllü proqramının məqsədi, iştirak qaydaları, imkanları və gənclərin bu cür layihələrə cəlb edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

 

Bildirilib ki, könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində aparılan təbliğat və maarifləndirmə işlərində yaxından iştirak edəcək, proqram çərçivəsində Nazirliyin mütəxəssisləri tərəfindən onlara əmək vərdişləri aşılayan təlimlər keçiriləcək və nəzəri-praktik biliklərin qazanılması üçün geniş şərait yaradılacaq.

 

Seçilənlərə xüsusi sertifikatlar veriləcək və onlar ehtiyat kadrlar siyahısına alınaraq gələcəkdə ETSN-də kadr heyətinin formalaşdırılmasında iştirak edəcəklər.