Bakıda tıxacların qarşısını almaq üçün qərargah yaradıldı

Bakıda tıxacların qarşısını almaq üçün qərargah yaradıldı

Bakı Şəhər İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Reklam Agentliyi, Bakı Nəqliyyat Agentliyi rəhbər nümayəndələrinin, Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, icra başçısı Eldar Əzizov qeyd edib ki, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxtın sıxlıq müşahidə olunan ətraf ərazilərində yanğın təhlükəsizliyinin təmin olunması, yanğınsöndürmə nəqliyyat vasitələrinin obyektlərə sərbəst yetişməsi, tıxacların aradan qaldırılması və bu ərazilərin memarlıq üslubunun və estetik görünüşünün müasir standartlar səviyyəsinə çatdırılması məqsədilə müvafiq tədbirlər görüləcək. Bu məqsədlə aidiyyati qurumların nümayəndələrindən ibarət qərargah yaradılıb.

Qərargah üzvləri artıq küçələrin və buradakı obyektlərin inventarlaşmasına başlayıblar. İlkin olaraq Xətai rayonu, Məhəmməd Hadi küçəsi və Nizami rayonu Qara Qarayev prospektində bu işlərə başlanıb. İnventarlaşmanın nəticəsinə uyğun müvafiq tədbirlər planı hazırlanıb həyata keçiriləcək.

E. Əzizov bildirib ki, ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq bu işlərin həyata keçirilməsi zamanı heç bir sahibkar zərər çəkməməli, onların mənafelərinə uyğun əməkdaşlıq olmalıdır.

Açar sözlər
Qara Qarayev , Eldar Əzizov , Mehriban Əliyeva , Ilham Əliyev , Bakı Nəqliyyat Agentliyi , Bakı Şəhər Icra Hakimiyyəti , Dövlət Şəhərsalma Və Arxitektura Komitəsi , Fövqəladə Hallar Nazirliyi , Nizami , Xətai , Məhəmməd Hadi Küçəsi
Siyasət xəbərləri
İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edir

İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edir

26-04-2019 09:50 - Xeberle.com - Siyasət
O, "Bir kəmər, bir yol” layihəsinin həm də ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı da əhatə etdiyini vurğulayıb.
Çin lideri iqtisadi, ticari, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu təşəbbüsün qədim İpək Yolu üzərində yeni dəyərlərin formalaşmasına da dəstək göstərdiyini, qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaltdığını, bu layihənin beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi təkan verdiyini bildirib.
Həmin layihənin həyatın bütün sahələrinə, xüsusilə də sosial məsələlərə inkişaf baxımından ciddi təsir göstərdiyini deyən Çinin dövlət başçısı mədəni-humanitar əlaqələrin genişlənməsində də yeni mərhələnin başlandığını vurğulayıb.
Sonra Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Misir Prezidenti Əbdülfəttah Sisi, Malayziyanın Baş naziri Mahathir Mohammad, Pakistanın Baş naziri İmran Xan, BMT-nin Baş katibi Antonio Quterreş "Bir kəmər, bir yol” təşəbbüsünün əhəmiyyətindən danışıblar.
Onlar bəşəriyyəti narahat edən məsələlərə diqqət çəkdilər, mövcud problemlərin həllində və dünya iqtisadiyyatının dinamik inkişafında bu layihənin böyük rol oynadığını bildirdilər.
Qafqazinfo.az digər xəbərlər