Bakıda toy yasa döndü - VİDEO

 Bakıda toy yasa döndü -  VİDEO

Bakı-Sumqayıt şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az ONA-ya istinadən xəbər verir ki, hadisə şosenin Xırdalan şəhəri ərazisinə düşən hissəsində olub.

“Toyota” markalı avtomobil yolun piyada üçün təyin olunmamış hissəsindən keçən 55 yaşlı Babayev Maisi vurub. Nəticədə kişi yerindəcə keçinib.

İlkin məlumata əsasən, dünyasını dəyişən şəxs yaxınlığda yerləşən şadlıq evindən çıxıb və sərxoş vəziyyətdə olub.

Hadisə yerinə Abşeron rayonu polis idarəsinin əməkdaşları cəlb olunub.

Açar sözlər
Abşeron Rayon Polis Idarəsi , Sumqayıt Xəbərləri Class , Sumqayıt , Xırdalan
Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər
Azərbaycanda "İKT-də  qızlar" günü

Azərbaycanda "İKT-də qızlar" günü

25-04-2019 13:35 - Metbuat.az - İKT
Münsiflər heyəti layihələri perspektivlik baxımından qiymətləndirdikdən sonra, iştirakçıları mükafat və sertifikatlarla təltif ediblər.



Eyni zamanda, proqramlaşdırma prosesi ilə əyani şəkildə tanış olmağa imkan yaradan kodlaşdırma məşğələləri də təşkil edilib.



Bundan başqa, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “AREA” Robotexnika və Mühəndislik Akademiyası və “chip.az” MMC-nin təşkilatçılığı ilə “İKT-də xanımlar: imkanlar və perspektivlər” üzrə təlim keçirilib.



“İT sahəsində müasir trendlər”, “Sosial şəbəkələrdə biznes”, “Qızlar üçün İKT-də karyera yolu”, “Robotexnika sahəsində iş imkanları”, “Azərbaycanda robotexnikanın inkişaf perspektivləri” mövzuları üzrə də məşğələlər təşkil olunub.



Təlimdə bildirilib ki, son illərdə "İKT-də qızlar" günü çərçivəsində həyata keçirilən tədbirlərin miqyası xeyli genişlənərək bir günlük tədbir formatından qızları il ərzində İKT ilə işləməyə öyrətmək üçün nəzərdə tutulmuş daimi fəaliyyət göstərən proqramlara çevrilib.



Qeyd edilib ki, İKT gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsinin təmin edilməsində əsas amillərdən biridir.