Bakıdakı Rus Evində “Salam, Rusiya!” proqramının iştirakçıları mükafatlandırılıb

Bakıdakı Rus Evində “Salam, Rusiya!” proqramının iştirakçıları mükafatlandırılıb

Bakıdakı Rus Evində “Salam, Rusiya!” layihəsinin nəticələrinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, layihənin iştirakçıları - “Şuşa İli”nə həsr olunmuş rus dili üzrə XIV illik olimpiadanın, eləcə də gənc qiraətçilərin “Canlı klassika” beynəlxalq müsabiqəsinin qalibləri Samara vilayətində, Tolyatti, Xantı-Mansiysk, Surqut, Koqalım şəhərlərində olublar.

Məktəblilər Rusiya səfərlərindən aldıqları təəssüratlarını bölüşüb, öz təqdimatlarını nümayiş etdiriblər. Sonra Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov şagirdləri uğurlu səfər münasibətilə təbrik edib, onlara bütün təşəbbüslərində müvəffəqiyyətlər arzulayıb.

Daha sonra “Salam, Rusiya!” layihəsinin iştirakçılarına diplomlar, eləcə də xatirə hədiyyələri verilib.

Qeyd edək ki, “Salam, Rusiya!” proqramı “Rossotrudniçestvo” tərəfindən 2014-cü ildən bəri icra edilir. Hər il 14-19 yaş arası 700-dən çox həmvətənli tarixi vətənlərinin müasir həyatı ilə tanış olmaq, onun çoxmillətli mədəniyyətini hiss etmək, rus dilində təcrübəsini artırmaq və başqa ölkələrdə özlərinə dost qazanmaq məqsədilə Rusiyaya gəlir.

Açar sözlər
Bakı , Rusiya , Şuşa , Tolyatti , Surqut , Xantı-Mansi , Koqalım
İqtisadiyyat xəbərləri
Terefdar.az digər xəbərlər