Bakını yenə duman bürüdü

Bakını yenə duman bürüdü

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi Bakıda və Abşeron yarımadasında ötən gecə saatlarından başlanan duman hazırda davam edir.

Axar.az xəbər verir ki, Departamentin direktoru Umayra Tağıyeva Report-a açıqlamasında deyib ki, bu gün günorta saatlarında tədricən çəkilən duman gecəyə doğru yenidən müşahidə olacaq.

"Bununla əlaqədar öncədən müvafiq təşkilatlara xəbərdarlıq ünvanlanıb" - nazirlik rəsmisi bildirib.

loading...

Hadisə xəbərləri
Axar.az digər xəbərlər