Bakının altı yerində hərbi orkestrlərin çıxışları olacaq - SİYAHI

Bakının altı yerində hərbi orkestrlərin çıxışları olacaq - SİYAHI

Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

Azərbaycan Müdafiə Nazirliyindən verilənməlumatagörə, orkestrlər şəhərin müəyyən edilmiş altı yerində çıxış edəcək:

- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);

- Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;

- Zərifə Əliyeva parkında;

- Zabitlər parkında;

- Yasamal parkında (Lider TV yaxınlığında)

- Fəvvarələr meydanında.

Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 12.00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının həyətində (Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin 34 ünvanda) qonaqlar üçün səhra əsgər mətbəxi açılacaq, Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi, eləcə də hərbi orkestrin ifasında konsert proqramı təqdim ediləcək.

Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Ağdam, Tərtər, Beyləqan, Lənkəran, Qusar və Xırdalan, şəhərlərində də mayın 9-u Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

Siyasət xəbərləri
7news.az digər xəbərlər
Bu proqramları telefonunuzdan təcili silin, yoxsa... - XƏBƏRDARLIQ

Bu proqramları telefonunuzdan təcili silin, yoxsa... - XƏBƏRDARLIQ

08-05-2019 10:50 - 7news.az - İKT
Bu barədə "Google" istifadəçilərə xəbərdarlıq edib.


Həmin proqramları təqdim edirik:


Call Recorder - Telefon danışıqlarının qeydiyyatını saxlayan bu tətbiq, gizli şəkildə səsinizi üçüncü partiya tətbiqlərlə də bölüşür.


Realtime Booster – Telefonu sürətləndirdiyi iddia edilən bu proqram şəxsi məlumatlarınızı asanlıqla oğurlayır.


SmartSwipe – Bu tətbiq kredit kartı məlumatlarınızı oğurlayır.


Bu proqramlar isə istifadəçinin şəxsi fotolarını çox rahatlıqla ələ keçirir:


Pro Camera Beauty


Art Effect


Cartoon Art Photo


Emoji Camera


Art Filter


Artistic effect Filter


Art Effect


Beauty Camera


Selfie Camera Pro


Wallpapers HD


Horizon Beauty Camera


Super Camera


Art Effects for Photo


Awesome Cartoon Art


Art Filter Photo


Art Editor


Art Filter Photo Effects


Cartoon Effect


Cartoon Art Photo Filter


Photo Editor


Magic Art Filter Photo Editor


Fill Art Photo Editor


ArtFlipPhotoEditing


Cartoon Art Photo


Prizma Photo Effect


Art Filter Photo Editor


Pixture


Photo Art Effect


Cartoon Photo Filter /redaktor.az



7News.