Bakının atom bombası olan daha bir müttəfiqi - Çin...

Bakının atom bombası olan daha bir müttəfiqi - Çin...

Azərbaycan prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə rəsmi səfəri davam edir. Aprelin 25-də prezident İlham Əliyev Pekində “Huawei” şirkətinin sədri Lian Xua ilə görüşüb.

Görüş zamanı şirkət sədri 15 ildən çoxdur Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini bildirib. Prezident isə Azərbaycanla “Huawei” arasında xüsusilə İKT sahəsində ölkəmizdə həyata keçirilən islahatlar baxımından əməkdaşlığın perspektivli olduğunu qeyd edib.

İ.Əliyev həmçinin “China National Electric Engineering” şirkətinin prezidenti Cao Huy ilə görüşüb. Cao Huy aprelin 24-də Pekində Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun tikintisi ilə əlaqədar niyyət protokolunun imzalandığını qeyd edib. Sənaye sahəsinə çoxlu sərmayənin yatırılacağını bildirib. Sumqayıt Kimya Sənaye Parkında xüsusi vergi rejimlərinin tətbiq edildiyini, bunun isə xarici sərmayədarlar üçün daha cəlbedici olduğunu deyən dövlət başçısı “China National Electric Engineering” şirkətinin növbəti rezident kimi Kimya Sənaye Parkında öz müəssisəsini yaratmasını yüksək qiymətləndirib, bu müəssisənin Azərbaycanın ixrac imkanlarını artıracağını bildirib.

Azərbaycan prezidenti Pekində “China Poly Group” Korporasiyasının sədri Su Nianşa ilə də görüşüb.

Su Nianşa rəhbərlik etdiyi şirkətin Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq qurduğunu və ölkəmizdə fəaliyyətlərini genişləndirməkdə maraqlı olduqlarını söyləyib.

Prezident isə Azərbaycanda sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı, İKT, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edib. Son illərdə turizm sektorunda böyük inkişafın və artımın müşahidə edildiyini deyən dövlət başçısı viza rejiminin sadələşdirilməsi və elektron vizanın tətbiqi sayəsində Çindən ölkəmizə turist axınının sürətləndiyini bildirib.

Qeyd edək ki, Azərbaycanın nüvə dövləti Çinlə arasında ticarət dövriyyəsi sürətlə artmaqdadır. Hazırda bu dövriyyənin həcmi 1,3 milyard dollar təşkil edir. Bunun 1 milyard 190 milyon dolları Çindən idxalın payıdır. Çindən Azərbaycana məhsul ixracı 40 faiz artıb. Azərbaycan hökuməti Çinə ciddi ixrac potensialı olan bazar kimi yanaşır. Xüsusilə Azərbaycanın qeyri-neft məhsullarının Çinə ixracının genişləndirilməsinə çalışılır. Bu məqsədlə Çində ticarət nümayəndəliyi, Urumçi, Luco və Şanxayda ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir.

Bundan əlavə, Azərbaycan Çindən turist cəlbinə də diqqəti artırır. Belə ki, Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir. Vizanı Azərbaycanın beynəlxalq hava limanlarında əldə etmək olar. Azərbaycana səfər edən Çin turistlərinin sayında 53 faiz artım var.

İnidyədək Azərbaycandan Çin iqtisadiyyatına qoyulan investisiyaların həcmi 1,7 milyard dollar təşkil edir. Çin isə Azərbaycanın neft sektoruna 800 milyon dollar investisiya yatırıb.

Çinlə iqtisadi-siyasi əlaqələrin genişləndirilməsi Azərbaycan üçün hansı üstünlüklər yaradır? Bu genişlənmənin ölkəmiz üçün yaratdığı perpektivləri dəyərləndirən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir ki, müasir dünyada bütün dövlətlər Çin bazarı uğrunda mübarizə aparırlar: “Həttə bu gün Çinlə ticarət müharibəsi aparan ABŞ da Trampdan əvvəlki prezidentlərin dövründə Çin bazarında mövqeyə sahiblənmək uğrunda ciddi mübarizə aparıb. Bu dövrdə Çində onlarla ABŞ müəssisələri açılıb. Bir müddət öncə Çinin dövlət rəhbəri Avropaya səfər etdi, Almaniya, Fransa, İtaliyada oldu, çoxsaylı və böyük həcmli iqtisadi sazişlər imzaladı. Yəni Avropa da çalışır ki, Çin bazarından pay götürsün. Bu baxımdan, Azərbaycanın da dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olan ölkənin bazarına hədəflənməsi çox təbiidir. Azərbaycanın ilyarım əvvəl işə düşən Bakı-Tiflis-Qars dəmiryol xəttinin nəzərdə tutulan həcmdə yüklənməsi üçün Çindən Avropaya daşınan mallara böyük ehtiyacı var. Bu malların cəmi 5 faizinin Azərbaycanın da daxil olduğu marşrutla daşınması ölkəmiz üçün böyük iqtisadi fayda gətirə bilər. Yəni Azərbaycanın regional tranzit qovşağına çevrilməsi demək olar. Eyni zamanda biz Çin investisiyalarının da iqtisadiyyatımıza cəlbində maraqlıyıq”.

Politoloq bildirir ki, bir neçə ay əvvələdək Çin Azərbaycanın nəqliyyat dəhlizlərindən istifadə məsələsində bir qədər ehtiyatlı mövqe sərgiləyib: “Lakin iki gün əvvəl Çin sədrinin prezident İlham Əliyevlə görüşdə Azərbaycanı Avrasiya regionunda özlərinin əsas tərəfdaşlarından biri adlandırması göstərir ki, bu mövqedə ciddi dəyişiklik var. Hiss olunur ki, Çində Azərbaycan üzərindən keçən nəqliyyat-tranzit marşrutuna ciddi maraq yaranıb. Düzdür, Çin öz məhsullarının əsas hissəsini quru yolla - Qazaxıstan və Rusiya üzərindən, həmçinin dəniz yolu ilə Avropaya göndərir. Lakin bu, heç də alternativ marşrutun olmasını istisna etmir. Nəzərə aldıqda ki, Azərbaycan üzərindən keçən marşrut digərlərinə nisbətən daha qısadır, bu zaman Çinin marağının əsaslı olduğunu görərik. Bu marağın reallaşması Azərbaycanın Ələt dəniz limanı və Bakı-Tiflis-Qars dəmiryol xəttinin tamamilə yüklənməsi demək olacaq. Bu isə həm Azərbaycanda yeni iş yerlərinin, iqtisadi gəlirlərin artması, həm də ölkəmizin bölgədə rolunun güclənməsinə gətirəcək”.

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, Azərbaycan Çin bazarına yönəlik siyasətindəki aktivləşmədə bir qədər gecikib: “Bu proses xeyli əvvəldən başlamalıydı. Azərbaycan öz iqtisadiyyatına xarici invbestisiyaların cəlbi istiqamətində çoxsaylı fəaliyyətlər həyata keçirib. Çin investisiya, təcrübə və bazarları baxımından bu mənada böyük potensialı olan ölkədir. Çin öz məhsullarını Azərbaycanda istehsal edib Avropaya daha rahat və daha az xərclə çatdıra bilər. Bu kontekstdən yanaşsaq, mövcud vəziyyət o qədər də ürəkaçan deyil. Çünki indiyədək Çindən Azərbaycana 800 milyon dollar investisiya yatırılıb ki, bunun da hamısı neft sektorunadır. Hətta Azərbaycan kimi kiçik ölkənin Çinə yatırdığı investisiya bundan iki dəfədən də yuxarıdır. Azərbaycan investisiyaların, texnologiyaların cəlbi baxımından Çinin potensialından yararlanmaq üçün xeyli müddət əvvəl fəaliyyətlərə başlamalı idi. Amma gec də olsa, bunun başlanması və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Təsəvvür edin ki, dünən (aprelin 24-də - red.) bağlanan investisiya müqavilələrinin dəyəri 823 milyon dollar təşkil edir və bu məbləğ Azərbaycanın qeyri-neft sektoruna yönələcək”.

Ekspert hesab edir ki, bundan sonra Çinlə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişlənməsi gözlənilir: “Bu genişlənmə Azərbaycanın iqtisadiyyatı diversifikasiya etməsi üçün böyük imkanlar açacaq. Çinlə münasibətlərin genişlənməsinə Azərbaycan üçün yalnız tranzit ölkə olaraq rolunun artması nöqteyi-nəzərindən baxmaq lazım deyil. Tranzit imkanları bu münasibətlərin yalnız bir detalı ola bilər. Azərbaycan Çinlə əlaqələrdən investisiya cəlbi, müasir texnologiyaların inkişafı, yerli istehsalın qurulması baxımından yararlanmağa çalışmalıdır. Bu isə ölkədə xarici investisiyaların cəlbi üçün əlverişli mühitin yaradılmasını, azad rəqabətin formalaşdırılmasını zəruri edir”.

İqtisadiyyat xəbərləri

Dövlət xəstəxanalarının həkimlərinin maaşı 245-325 manat civarındadır - Ekspert biabırçı durumu şərh etdi

26-04-2019 12:55 - Cebhe.info - İqtisadiyyat
Amma minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı Vahid Tarif Cədvəlinə (VTC) dəyişiklikdən sonra bu sferada vəziyyətə baxıram, çox acınacaqlı durumdur".

Cebhe.infoxəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev irəli sürüb.

O bildirib ki, mövcud qanunvericiliyə (səhiyyə sahəsində vahid tarif-ixtisas sorğu kitabçası) görə dövlət səhiyyə müəssislərində əmək stajından asılı olaraq həkim heyəti 9-15-ci dərəcələr, orta tibb heyəti 5-9-cu dərəcələr, aşağ tibb heyəti isə 3-4-cü dərəcələr əsasında maaş alırlar:

"Yeni artımlardan sonra dövlət səhiyyə müəssislərində yeni işə başlamış həkimin maaşı (9-cu dərəcə ilə) 182 manatdan 246 manata, ən stajlı (11 ildən çox staja malik və 15-ci dərəcə ilə) həkimlərin maaşı isə 251 manatdan 324 manata yüksəlib.

Amma gəlir vergisi və sosial sığorta ayırmalarında baş verən dəyişikliklərdən sonra işçiyə çatası xalis əməkhaqqının gross məvacibə nisbəti aşağı düşüb.

Belə ki, 2019-cu ilin yanvarın 1-dək qüvvədə olan qanunvericiliyə görə maaşların yaşayış minimumunun 1 mislinədək olan hissəsi, yəni 2018-ci ildə 173 manat gəlir vergisindən azad idi.
Cia.az digər xəbərlər