Bakının Baş planı 6,3 milyon dollara hazırlanacaq

Bakının Baş planı 6,3 milyon dollara hazırlanacaq

Bakı şəhərinin Baş planı 6,3 milyon dollara başa gələcək. SİA xəbər verir ki, bu il fevralın 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Bakı şəhərinin Baş planının hazırlanması” üzrə layihə işlərinin satın alınması məqsədilə elan edilmiş tenderin qalibi Almaniyanın “AS+P” şirkəti olub və həmin şirkətlə 6 milyon 391,2 min ABŞ dolları məbləğində satınalma müqaviləsi bağlanıb.

Qeyd edək ki, Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur.

İqtisadiyyat xəbərləri
Gömrük Komitəsindən “şirinlik” açıqlaması

Gömrük Komitəsindən “şirinlik” açıqlaması

13-04-2019 03:09 - Yenisabah.az - İqtisadiyyat
“Şirinlik” və bu kimi digər hallarla mübarizəyə ayrı-ayrı hallar üzrə deyil, Dövlət Gömrük Komitəsinin (DGK) ümumi inkişaf strategiyası çərçivəsində institusinal dəyişikliklər baxımından yanaşılır”. Bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev bildirib. Onun sözlərinə görə, gömrük sistemində şəffaflığın daha da artırılması ölkə rəhbərliyi tərəfindən DGK qarşısında qoyulmuş konkret tapşırıqdır: “Son dövrlər gömrük sistemində aparılan islahatlara kənardan ötəri nəzər saldıqda asanlıqla görmək olur ki, DGK rəhbərliyi tərəfindən bu tip hallara qarşı qanunvericilik çərçivəsində dərhal və çox sərt reaksiya verilir və belə qanunsuz əməllərə yol verən şəxslər məsuliyyətə cəlb olunurlar”. Komitə sədrinin müavini bildirib ki, bu yanaşma sadəcə olaraq konkret korrupsiya hallarının nəticələrinin aradan qaldırılması ilə kifayətlənmir, onları doğuran səbəbləri aradan qaldırmağa yönəlib: “Məsələn, bununla bağlı gömrük əməkdaşının, xüsusilə ucqar bölgələrdə sərhəd-buraxılış məntəqələrində çalışan gömrük əməkdaşlarının sosial ehtiyaclarının təmin edilməsi, maddi-rifah vəziyyətinin yaxşılaşdırılması, həmçinin gömrük sistemində daxili nəzarət sistemlərinin gücləndirilməsi, yeni korporativ məsuliyyət siyasətinin inkişaf etdirilməsi, şərəf kodeksi və fəaliyyət etikası prinsiplərinin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir”. İ. Babayev deyib ki, bununla bağlı olaraq, bir tərəfdən sahibkarların marifləndirilməsi, onların bilik bazasının daha da zənginləşdirilməsi, psixioloji təlimlərin keçirilməsi ilə əlaqədar, digər tərəfdən biznes prosesin düzgün qurulması ilə bağlı işlədiyimiz islahat paketimiz bir çoz sahəni əhatə edir: “Biz elə bir sistem qurmalıyıq ki, gömrük prosedurları gömrük əməkdaşlarının və ya gömrük orqanlarının subyektiv qərarları əsasında həyata keçirilməsin.
Sia.az digər xəbərlər