Bakının bu rayonunda su olmayacaq

Bakının bu rayonunda su olmayacaq

Day.Az представляет новость на азербайджанском языке

Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkının yenidən qurulması layihəsi çərçivəsində ərazidə yeni su xətləri çəkilir.

"Azərsu" ASC-dən Day.Az-a verilən məlumata görə, bununla əlaqədar aprelin 24-də gün ərzində Nərimanov rayonunun Atatürk parkına yaxın ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

İqtisadiyyat xəbərləri
Day.az digər xəbərlər