Bakının daha bir məktəbində müəllim şagirdi döydü?

Bakının daha bir məktəbində müəllim şagirdi döydü?

Bakının daha bir məktəbində müəllimin şagirdi döyməsi xəbəri yayılıb.

Hadisə Binəqədi rayonundakı R.İmanov adına 205 saylı məktəbdə baş verib. İddia olunur ki, Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Əzimova 2005-ci il təvəllüdlü Rəsul Şahin oğlu Əliyevi hədələyərək döyüb.

Valideyn polisə müraciət edərək bildirib ki, müəllim oğlanın saç düzümünə irad bildirib, kəsdirməsi üçün qorxudub, vurub. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları valideynin şikayəti əsasında müəllimədən izah alıblar.

Məktəbin direktor müavini Qurban Mustafayev virtualaz.orga-a deyib ki, müəllim şagirdin saçına irad bildirib, saçının qısaldılmasını istəyib. “Hadisə 2 gün əvvəl olub, müəllim bildirib ki, bu cür saçla məktəbə gəlmək düzgün deyil. Bu gün şagirdin yaxınları məktəbə gəliblər. Döyülmə faktı təsdiqini tapmayıb, müzakirələrdən sonra ümumi razılıq əldə olunub”.

Direktor müavini əlavə edib ki, uşaq hazırda dərsdədir, saçlarını isə kəsdirməyib.

Ülviyyə Xudiyeva

Virtualaz.org

Hadisə xəbərləri
Virtualaz.org digər xəbərlər