Bakının daşınmaz əmlak bazarında qiymətlər artıb –Ekspert detalları açıqladı


Bakının daşınmaz əmlak bazarında qiymətlər artıb –Ekspert detalları açıqladı

“Bu ilin əvvəlindən indiyədəkBakınındaşınmaz əmlak bazarında qiymətlərdə ötən ilin müvafiq dövrü ilə müqayisədə6%-lik artım var”.

Bu barədə “Report”a bazarı araşdıran MBA konsaltinq şirkətinin baş direktoruNüsrət İbrahimovməlumat verib.

Onun sözlərinə görə, alıcılıq qabiliyyətində də artım var: “Bu özünü bazarda müşahidə olunanaktivlikdə həm sayda, həm də qiymətlərdə göstərir”.

N.İbrahimov deyib ki, ümumiyyətlə, 2019-cu il ərzində daşınmaz əmlak bazarında qiymət artımı proqnozlaşdırılır: “Belə ki, qiymət artımının, təqribən,6-8% civarında olması gözlənilir”.

Ekspert həmçinin əlavə edib ki, bu il mənzil bazarında, ola bilsin ki,5-6%-lik artım olsun: “Lakin torpaq bazarında5-6%-lik artımdan daha çoxunu gözləyirik. İcarə bazarında4-5%,mənzillərin kirayəsində isə qiymət artımı7-8%ola bilər”.

O, Azərbaycanda əmlak alanlar barədə danışarkən qeyd edib ki, ölkədə əmlak satınalanlar azərbaycanlılardır: “Xaricilərin – ərəblərin, ingilislərin ölkədə kütləvi şəkildə əmlak almalarına rast gəlməmişəm. Bu kimi hallar az olur”.

İqtisadiyyat xəbərləri
Bu halda dövlət rüsumu tətbiq olunmayacaq - Qanun dəyişdirilir

Bu halda dövlət rüsumu tətbiq olunmayacaq - Qanun dəyişdirilir

26-04-2019 20:36 - Xeberle.com - İqtisadiyyat


Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 26-da keçirilən iclasında "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Adıçəkilən qanuna dəyişiklik "Aqrar sığorta haqqında” qanun layihəsində yaradılması nəzərdə tutulan aqrar sığorta orqanının elektron informasiya sistemləri vasitəsilə real rejimdə əldə edəcəyi məlumat və informasiyalarla əlaqədardır.
 Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunmuş digər məlumatlar), ünvanı, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatlara görə dövlət rüsumu tətbiq olunmayacaq.
Müvafiq informasiya sistemləri aqrar sığorta informasiya sığorta informasiya sisteminə inteqrasiya olunanadək müvafiq məlumatlar və sənədlər aidiyyəti informasiya sahibləri tərəfindən aqrar sığorta orqanının sorğusu tərəfindən təqdim ediləcək.
Strateq.az digər xəbərlər