Bakının mərkəzində pulsuz konsert olacaq - Xalq artistləri oxuyacaq

Bakının mərkəzində pulsuz konsert olacaq - Xalq artistləri oxuyacaq

Mayın 9-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Azərbaycan incəsənət ustalarının konserti keçiriləcək.

Publika.az xəbər verir ki, saat 20.30-da başlayacaq konsert proqramında Əməkdar artist Natiq Şirinovun“Natiq” ritm qrupu, Xalq artistləri Manana Çaparidze, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Ayğün Kazımova, Əməkdar artistlər Səbinə Babayeva, Abbas Bağırov, Sevda Ələkbərzadə, Röya Ayxan, Miri Yusif, tanınmış müğənnilər Xəyyam Nisanov, Günay İbrahimli, Zamiq Hüseynov, Sevda Yahyayeva, Azad Şabanov, Rauf Əhmədov və digərləri çıxış edəcəklər.

Konsertə giriş sərbəstdir.

Açar sözlər
Abbas Bağırov , Zamiq Hüseynov , Zülfiyyə Xanbabayeva , Xəyyam Nisanov , Heydər Əliyev , Günay Ibrahimli , Sevda Ələkbərzadə , Azad Şabanov , Səbinə Babayeva , Rauf Əhmədov , Faiq Ağayev , Azərbaycan
Mədəniyyət xəbərləri
Publika.az digər xəbərlər