Bakının mərkəzində pulsuz konsert olacaq - Xalq artistləri oxuyacaq

Bakının mərkəzində pulsuz konsert olacaq - Xalq artistləri oxuyacaq

Mayın 9-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Azərbaycan incəsənət ustalarının konserti keçiriləcək.

Publika.az xəbər verir ki, saat 20.30-da başlayacaq konsert proqramında Əməkdar artist Natiq Şirinovun“Natiq” ritm qrupu, Xalq artistləri Manana Çaparidze, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Ayğün Kazımova, Əməkdar artistlər Səbinə Babayeva, Abbas Bağırov, Sevda Ələkbərzadə, Röya Ayxan, Miri Yusif, tanınmış müğənnilər Xəyyam Nisanov, Günay İbrahimli, Zamiq Hüseynov, Sevda Yahyayeva, Azad Şabanov, Rauf Əhmədov və digərləri çıxış edəcəklər.

Konsertə giriş sərbəstdir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Heydər Əliyev , Faiq Ağayev , Günay Ibrahimli , Zülfiyyə Xanbabayeva , Sevda Ələkbərzadə , Abbas Bağırov , Zamiq Hüseynov , Azad Şabanov , Səbinə Babayeva , Xəyyam Nisanov , Rauf Əhmədov , Azərbaycan Xəbərləri Class , Azərbaycan
Mədəniyyət xəbərləri
Metbuat.az digər xəbərlər