Bakıxanov qəsəbəsinin bu hissəsində nəqliyyatın hərəkəti dayandırılacaq

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Səməd bəy Mehmandarov prospektində aparılan təmir işləri ilə əlaqədar bu gecə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobillər Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
“Avtonəqliyyat vasitələrinin hərəkəti Yavər Əliyev küçəsindən Leyla Məmmədbəyova küçəsinə yönəldilməklə təmin olunacaq. Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik”, - məlumatda qeyd edilib.
Açar sözlər
Səməd Bəy
, Leyla Məmmədbəyova
, Yavər Əliyev
, Azərbaycan Avtomobil Yolları
, Bakı
, Sabunçu