“Baku Network” Ekspert Şurasının direktoru Moskvada keçirilmiş Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edib (FOTO)

“Baku Network” Ekspert Şurasının direktoru Moskvada keçirilmiş Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edib (FOTO)

Bakı. Mətanət Nəsibova - Trend:

Moskvada keçirilmiş 8-ci Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində regionda və dünyada təhlükəsizliyin qorunması və təmin olunması ilə bağlı hərbi və siyasi xarakterli məsələlər nəzərdən keçirilib.

Bunu Trend-ə “Baku Network” Ekspert Şurasının direktoru, Trend İnformasiya Agentliyi baş direktorunun müavini Elxan Ələsgərov deyib.

Onun sözlərinə görə, plenar iclaslar zamanı Qərblə Şərq arasındakı qarşılıqlı münasibətlərdə böhran şəraitində təhlükəsizliyin qlobal və regional aspektləri, hərbi qurumların dövlət təhlükəsizliyinə təhdidlərə reaksiyası üzrə fəaliyyətinin xüsusiyyətləri müzakirə olunub:

“Bundan başqa, Afrika, Liviya, Sudan, Suriyadakı vəziyyət, Venesuelada hakimiyyəti dəyişmək cəhdləri və ümumilikdə dünya terrorçuluğu ilə qlobal mübarizə problemləri müzakirə olunub. Amma konfransın gündəliyində lokal münaqişələr, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi müzakirəyə çıxarılmayıb. Bununla belə, bu mövzu ikitərəfli görüşlər və Rusiya, ABŞ, Yaponiya, İsveç, Fransa, Serbiya və digər ölkələrdən təhlükəsizlik ekspertləri ilə söhbətlər zamanı müzakirə olunub”.

E.Ələsgərov Sülh İnstitutunun direktoru Den Smit, BMT sülhməramlı qüvvələrinin katibi Jan-Pyer Lakrua, Beynəlxalq Qızıl Xaç Komitəsinin vitse-prezidenti Jil Karbonye ilə görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin, xüsusilə də erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə BMT-nin dörd qətnaməsinin reallaşdırılması məsələsi müzakirə olunub. Bundan başqa, erməni işğalçıları tərəfindən qanunsuz şəkildə mühakimə olunmuş azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyein azad edilməsi məsələsi də müzakirə mövzusu olub.

Görüşün yekunlarına əsasən, E.Ələsgərov qeyd edib ki, bu gün dünyada Azərbaycanın beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyi böyük anlayış və dəstəklə qarşılanır.

Siyasət xəbərləri
Trend.az digər xəbərlər

AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 11:51 - Trend.az - İqtisadiyyat
Trend:2019-cu il mayın 29-da Avropa Liqasının finalının keçiriləcəyi müddətdə Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in reyslərinin cədvəlinə dəyişiklik edilib.“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 29-30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.29 may (yerli vaxt göstərilmişdir, "+" növbəti gündəki vaxtı işarə edir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-003/004 Bakı-Ankara-Bakı 20:00 21:30 22:30 01:50+ J2-011/012 Bakı-Dubay-Bakı 04:50 07:45 10:10 13:10 J2-026 Antalya-Bakı 16:00 19:50 J2-076 İstanbul (IST)-Bakı 16:30 20:15 J2-9683/9684 Kiyev (IEV)-Bakı(Buta Airways) 16:10 20:30 J2-9575/9576 Bakı-Kazan- Bakı(Buta Airways) 20:00 21:50 22:50 02:50+ J2-9717/9718 Bakı-Mineralnıye Vodı-Bakı(Buta Airways) 21:00 21:40 22:40 01:05+ J2-809/810 Bakı-Moskva (VKO)-Bakı Reyslər ləğv edilmişdir J2-079/080 Bakı - İstanbul-Bakı Reyslər ləğv edilmişdir J2-852/851 Bakı- Moskva (DME)- Bakı Reyslər ləğv edilmişdir J2-255 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-254 Naxçıvan- Bakı Reys ləğv edilmişdir 30 may (yerli vaxt göstərilmişdir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-011/012 Bakı-Dubay-Bakı 12:40 15:35 16:45 19:45 J2-827 Bakı-Moskva (VKO) 02:45 05:00 J2-852/851 Bakı- Moskva (DME)- Bakı 11:40 13:50 14:50 18:40 J2-9111/9112 Bakı-Alanya-Bakı(Buta Airways) 12:30 14:30 15:30 19:20 J2-9685/9686 Bakı-Odessa-Bakı(Buta Airways) 12:15 14:40 15:40 19:40 J2-239 Bakı–Gəncə Reys mayın 29-na keçirilmişdir uçuş: 08:00, eniş: 09:00 J2-021/322 Bakı –Təl-Əviv –Bakı Reyslər ləğv edilmişdir J2-075/076 Bakı – İstanbul (IST)-Bakı Reyslər ləğv edilmişdir J2-9103/9104 Bakı – İstanbul (SAW)-Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-9223/9224 Bakı-Tbilisi-Bakı(Buta Airways) Reyslər ləğv edilmişdir J2-9017/9018 Bakı -Tehran - Bakı(Buta Airways) Reyslər ləğv edilmişdir J2-251 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-258 Naxçıvan-Bakı Reys ləğv edilmişdir Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.