"Bal baba": Kim may ayında bal süzürsə, o, haramlıq edir - VİDEO - FOTO

"Bal baba": Kim may ayında bal süzürsə, o, haramlıq edir - VİDEO - FOTO

Arıçılıq Azərbaycanda çox qədim tarixə malikdir. Ölkəmizin əlverişli iqlimi, zəngin bitki örtüyü iqtisadi cəhətdən gəlirli olan bu sahənin inkişafını şərtləndirən başlıca amillərdəndir. Xalqımızın arıçılıq sahəsindəki ənənələri hazırda uğurla davam və inkişaf etdirilir.

Milli.Azbildirir ki, ömrünün əlli ilindən çoxunu arıçılığa həsr etmiş Ağcabədi rayonu Xocavənd kənd sakini Şahid Məmmədov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində arıçılıq, yaz mövsümü ilə əlaqədar arıçıların qayğıları, arıxanada görülməli işlərdən danışıb.

Hamının "Bal baba" adlandırdığı 78 yaşlı arıçı bildirib ki, arıçılıq çox maraqlı, eyni zamanda, insandan səbir, zəhmət və incəlik tələb edən bir sahədir. Arı halallığı və təmizliyi sevən canlıdır. Arıçı da gərək buna riayət etsin. Arıçılıq həm də insanın sağlamlığı baxımından da əvəzolunmaz peşədir. Belə ki, arıçılıqla məşğul olanlar qiymətli, vitamin və minerallarla zəngin olan arı məhsullarından istifadə edir, daim təbiət qoynunda olurlar ki, bu da onların sağlamlığına müsbət təsir göstərir.

Təcrübəli arıçı ilə görüşümüz aprel ayına təsadüf etdiyindən söhbətimizin mövzusu da əsasən arıçıların yaz qayğılarından oldu. Aprel ayını arıçılıqda ən intensiv iş aparılan dövr hesab edən arıçı bildirib ki, yazda pətəklərdə görülən işlər bol məhsulun əldə olunması baxımından çox əhəmiyyətlidir. Apreldə havalar isindiyi, təbiət oyandığı, çiçəklər açdığı üçün ana arı daha çox yumurta qoyur və pətəkdə cavan arıların sayı artır. Bu dövr pətəklərdə qızğın iş getdiyi kimi arıçıların da işi çoxalır. Belə ki, pətəklərə baxış keçirilməli, zəif ailələrə yem, vitamin verilməli, təzə şan qoyulmalı, süfrəköçürmə, ayırma işləri aparılmalıdır.

"Hazırda arıların artım vaxtıdır. Zəif analar cavan, güclü ana arı ilə əvəzlənməlidir. Bu dövrdə pətəkdə sürfələr əmələ gəlir, ailə keyfiyyətcə yeniləşir. Yaşlı qoca arılar tədricən tələf olur, cavanlar isə onları əvəz edir. Cavan arıların sayı artır, yuvada darısqallıq əmələ gəlir. Odur ki, ailənin gələcək inkişafına şərait yaratmaq üçün əlavə şanların verilməsi yolu ilə yuva genişləndirilməlidir. Dolan yuvalara mərtəbə vermək və ya ayırmaq lazımdır. Yuvanın genişləndirilməsi beçəvermənin qarşısını alır və məhsuldarlığın yüksəlməsinə səbəb olur. Yaz mövsümündə zəif arı ailələrinə yem verilməlidir. Bol bal əldə etmək üçün yaz dövründə arıları kifayət qədər bal və çiçək tozu ilə təmin etmək lazımdır. Arıçılara məsləhət görürəm ki, arıya şərbət verməsinlər. Şərbət verilən arı xəstə olur. Məhsulu da yaxşı olmur. Arıçı halal olmalıdır ki, balı da halal olsun", - deyə "Bal baba" vurğulayıb.

Yaz mövsümündə ən vacib amillərdən biri də arıların pətəkdə analıq asmasına diqqət yetirməkdir. Təcrübəli arıçı deyib: "Əgər baxılmasa, yuva genişləndirilməsə, mərtəbə verilməsə arı beçə verər. Aprelin axırı ilə mayın 10-u arası beçəvermənin ən intensiv vaxtıdır. Arını beçəyə buraxmaq olmaz. Çünki beçə verən pətəkdən bal götürmək olmur. Hazırda arıların pətəklərdə analıq asması dövrüdür. Biz həmin ana yuvasına sürfə köçürdürük. İşçi arılar isə ora süd qoyurlar. Ana arı yalnız arı südü ilə qidalandığı üçün 3-4 il yaşayır. İşçi arıların ömrü isə qışlama vaxtı bir neçə ay, yay aylarında 28-35 gün olur. İşçi arının ömrünün yayda az olması gərgin iş prosesi ilə bağlıdır. Belə ki, həyatının ilk günündən başlayaraq pətək qovucuqlarında təmizlik işləri aparır, arı südü ifraz edir, cavan arıları arı südü ilə bəsləyir, şan hörür, keşik çəkir, pətəkdə havalandırma aparır, çiçəkləri tozlandırır, nektar və çiçək tozu toplayır, yuvaya su gətirir".

Şahid Məmmədov bildirib ki, hazırda arılar balla yanaşı, çiçək tozu da toplayırlar. Arılar çiçək tozunu ayaqlarında gətirirlər. Arı pətəyə girəndə çiçək tozu sıyrılır və xüsusi qoyulmuş qaba tökülür. Hər yeşikdən gün ərzində 50-100 qram çiçək tozu götürmək olur. Çiçək tozu kölgədə qurudulmalıdır. Çünki Günəş işığı çiçək tozuna zərərlidir. Tərkibində çoxlu vitamin, mineral, ferment və amin turşusu olan çiçək tozu bir çox xəstəliklərin müalicəsində və profilaktikasında istifadə edilir.

Arıçı müxtəlif bitkilərdən yığılan ballar haqqında da məlumat verərək deyib: "Meşədən toplanan ağ akasiya və cökə balı duru, rəngi sarı, xarlayanda xırda dənəli olur. Süpürgədən və maralyoncasından alınan balın rəngi isə qırmızı olur. Biyanın balı çox gözəldir. Aran zonasında toplanan bu balın çox müalicəvi xüsusiyyətləri var. Yağtikanı balı antibakterialdır. Yaraya vurduqda tez bir zamanda sağaldır. Amma xarlayanda iri dənəli olur".

Onun sözlərinə görə, xalis bal çəkiləndən 60 gün sonra xarlamalıdır. Balın tez və ya gec xarlaması onun toplandığı bitkilərdən asılıdır. Belə ki, pambıq balı tez - 15 günə xarlayır. Cökə və ağ akasiya balı isə gec xarlayır. Ümumiyyətlə yaz balı gec xarlamalıdır. Yaz balını arı may ayında yığır. May balı isə iyunda süzülür. Kim may ayında bal süzürsə, o, haramlıq edir. Çünki balın tam özünə gəlməsi üçün müəyyən vaxt lazımdır. Keyfiyyətinə görə yaz balı əvəzsizdir. Çünki çiçəkdən çəkilən nektardır.

Təcrübəli arıçının təsərrüfatında hazırda 70 arı ailəsi var. 51 ildir arıçılıqla məşğuldur. Bildirdiyinə görə, təsərrüfatında 200-ə qədər arı ailəsi olub: "İndi yaşlandığım üçün sayını azaldıb 70-ə endirmişəm. Arıxana akasiya meşəsinin yaxınlığındadır. Bundan başqa ərazi biyan, yağtikanı kimi balverən bitkilərlə də zəngindir. Hər yeşikdən 12-15 kiloqram bal götürürəm. Ümumilikdə 800 kiloqram bal, həmçinin çiçək tozu, vələmum toplayıram. İldə ən azı 100 kiloqram ərinmiş mum təhvil verib əvəzinə şan alıram".

Məhsulun satışını əsasən evdə və yarmarkada həyata keçirən arıçı uzun illərdir bal satışı ilə də məşğuldur. "Artıq nəinki Ağcabədidə, eləcə də respublikada məni "Bal baba" kimi tanıyırlar. Arıçı halal olarsa, müştəri sarıdan çətinliyi olmaz. Yaxşı məhsulun satışı da yaxşı olar. Respublikanın müxtəlif regionlarından, hətta arıçılıqla məşğul olan bölgələrindən də bal sifarişlərim var. Hər il Bakı şəhərində keçirilən arıçılıq məhsullarının satış yarmarkasında da iştirak edirəm", - deyə o qeyd edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

İqtisadiyyat xəbərləri
Metbuat.az digər xəbərlər
AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 11:55 - Metbuat.az - Siyasət
Trend:2019-cu il mayın 29-da Avropa Liqasının finalının keçiriləcəyi müddətdə Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in reyslərinin cədvəlinə dəyişiklik edilib.“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 29-30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.29 may (yerli vaxt göstərilmişdir, "+" növbəti gündəki vaxtı işarə edir):



Reysin nömrəsi

Marşrut

Bakıdan uçuş

Təyinat məntəqəsinə gəliş

Təyinat məntəqəsindən uçuş

Bakıya gəliş



J2-003/004

Bakı-Ankara-Bakı

20:00

21:30

22:30

01:50+



J2-011/012

Bakı-Dubay-Bakı

04:50

07:45

10:10

13:10



J2-026

Antalya-Bakı
 

16:00

19:50



J2-076

İstanbul (IST)-Bakı
 

16:30

20:15



J2-9683/9684

Kiyev (IEV)-Bakı(Buta Airways)
 

16:10

20:30



J2-9575/9576

Bakı-Kazan- Bakı(Buta Airways)

20:00

21:50

22:50

02:50+



J2-9717/9718

Bakı-Mineralnıye Vodı-Bakı(Buta Airways)

21:00

21:40

22:40

01:05+



J2-809/810

Bakı-Moskva (VKO)-Bakı

Reyslər ləğv edilmişdir



J2-079/080

Bakı - İstanbul-Bakı

Reyslər ləğv edilmişdir



J2-852/851

Bakı- Moskva (DME)- Bakı

Reyslər ləğv edilmişdir



J2-255

Bakı-Naxçıvan

Reys ləğv edilmişdir



J2-254

Naxçıvan- Bakı

Reys ləğv edilmişdir




30 may (yerli vaxt göstərilmişdir):







Reysin nömrəsi

Marşrut















Bakıdan uçuş

Təyinat məntəqəsinə gəliş

Təyinat məntəqəsindən uçuş

Bakıya gəliş



J2-011/012

Bakı-Dubay-Bakı

12:40

15:35

16:45

19:45



J2-827

Bakı-Moskva (VKO)

02:45

05:00
 



J2-852/851

Bakı- Moskva (DME)- Bakı

11:40

13:50

14:50

18:40



J2-9111/9112

Bakı-Alanya-Bakı(Buta Airways)

12:30

14:30

15:30

19:20



J2-9685/9686

Bakı-Odessa-Bakı(Buta Airways)

12:15

14:40

15:40

19:40



J2-239

Bakı–Gəncə

Reys mayın 29-na keçirilmişdir uçuş: 08:00, eniş: 09:00



J2-021/322

Bakı –Təl-Əviv –Bakı

Reyslər ləğv edilmişdir



J2-075/076

Bakı – İstanbul (IST)-Bakı

Reyslər ləğv edilmişdir



J2-9103/9104

Bakı – İstanbul (SAW)-Bakı (Buta Airways)

Reyslər ləğv edilmişdir



J2-9223/9224

Bakı-Tbilisi-Bakı(Buta Airways)

Reyslər ləğv edilmişdir



J2-9017/9018

Bakı -Tehran - Bakı(Buta Airways)

Reyslər ləğv edilmişdir



J2-251

Bakı-Naxçıvan

Reys ləğv edilmişdir



J2-258

Naxçıvan-Bakı

Reys ləğv edilmişdir







Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.