Balakən sakininin həyəində 36 ədəd çətənə kolu aşkar edilib

Balakən sakininin həyəində 36 ədəd çətənə kolu aşkar edilib

Balakən rayon sakininin yaşadığı evdə narkotik vasitə aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi və rayon Prokurorluğunun əməkdaşları daxil olmuş məlumat əsasında Gərəkli kənd sakini A.Kiçiliyevanın yaşadığı evdə əməliyyat-axtarış tədbirləri keçirmişlər. Qadının evindən 305 qrama yaxın narkotik vasitə olan marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 36 ədəd çətənə kolları aşkar edilərək götürülmüşdür. Faktla bağlı araşdırma aparılır.

Hadisə xəbərləri
Olaylar.az digər xəbərlər