Balakəndə qadının evindən marixuana və çətənə kolları aşkarlanıb

Bakı, 25 aprel, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsi və Rayon Prokurorluğunun əməkdaşları daxil olmuş məlumat əsasında Gərəkli kənd sakini A.Kiçiliyevanın yaşadığı evdə əməliyyat-axtarış tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qadının evindən 305 qrama yaxın marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 36 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Açar sözlər
Daxili Işlər Nazirliyi
, Balakən Rayon Polis Şöbəsi Və Rayon Prokurorluğu
, Bakı
, Balakən