Balakəndə yunan-Roma güləşi üzrə respublika birinciliyinin final mərhələsində 220 güləşçi mübarizə aparır

Balakəndə yunan-Roma güləşi üzrə respublika birinciliyinin final mərhələsində 220 güləşçi mübarizə aparır

Balakən, 2 may, Mustafa Dadaşov, AZƏRTAC

Mayın 2-də Balakən Olimpiya İdman Kompleksində Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan yunan-Roma güləşi üzrə 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında respublika birinciliyinin final mərhələsi başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışlarda respublikamızın 32 şəhər, rayon, klub və idman cəmiyyətini təmsil edən 220 güləşçi mübarizə aparır. İdmançılar 15 çəki dərəcəsi üzrə yarışırlar.

Yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Qərib Əliyevdir.

Respublika birinciliyinin final mərhələsinə mayın 3-də yekun vurulacaq.

İdman xəbərləri
Azertag.az digər xəbərlər