BAM eToro ilə əməkdaşlığa başlayıb

 BAM eToro ilə əməkdaşlığa başlayıb

Blockchain Azərbaycan MərkəzieTorososial ticarət və çox aktivli broker şirkəti ilə uzunmüddətli əməkdaşlığa başlayıb.

Xeberler.az məlumat verir ki, bunun ilə əlaqədar olaraq, BAM həm-təsisçiləri Telman Axundov və Orxan Əhmədov, avqust ayının 1-də Moskvada şirkət nümayəndələri ilə görüş keçirərək, qarşılıqlı razılıq əldə edib.

Belə ki, əməkdaşlıq çərçivəsində Blockchain Azərbaycan Mərkəzi olaraq eToro platformasında Kriptovalyutaya yatırımlar, onlarla əməliyyatların aparılması haqqında müxtəlif növ təlim və seminarların təşkili, həmçinin tədbirlərdə rəsmi əməkdaşlıq və digər istiqamətlərdə işlərin görülməsi üzrə razılıq əldə olunub.

Qeyd edək ki, səfər çərçivəsində Waves Platformasının Moskvada yerləşən ofisində də görüş keçirilərək, BAM ilə əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparılıb.

Xeberler.az

Siyasət xəbərləri
Xeberler.az digər xəbərlər