Bank Respublikanın dəstəyilə maliyyə savadlılığına dair tədbir təşkil olundu - FOTOLAR

Bank Respublikanın dəstəyilə maliyyə savadlılığına dair tədbir təşkil olundu - FOTOLAR

Azərbaycan Banklar Assosiasiyasınınn(ABA) təşkilatçılığı və "Bank Respublika”nın dəstəyi ilə Xətai rayonunda yerləşən 263 saylı məktəbdə maliyyə savadlılığına dair şagirdlər və valideynlər üçün tədbir keçirilib. Tədbirdə İcra hakimiyyətinin nümayəndələri , Mərkəzi Bankın əməkdaşları, məktəbin direktoru, müəllimlər, şagirdlər, valideynlər və rayon sakinləri iştirak ediblər.


AZXEBER.COM xəbər verir ki. tədbirin keçirilməsində məqsəd məktəbliləri maliyyə savadlılığına dair ümumi anlayışlarla tanış etmək, onlarda yığım, qənaət və pul haqqında ilkin fikirlər formalaşdırmaq olub.


İlk olaraq tədbirin təşkilatçıları iştirakçılara maliyyə savadlılığı barədə geniş məlumat verib, gənclərin maliyyə maarifləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Daha sonra məktəbin şagirdləri pulun tarixi, müxtəlif ölkələrin pul nişanları, büdcə, qənaət və yığım mövzuları üzrə maraqlı səhnəciklər göstəriblər.


Sonda təşkilatçılar tərəfindən məktəblilər arasında maliyyə savadlılığı mövzusunda keçirlən rəsm müsabiqəsinin qaliblərinə eləcə də tədbirdə iştirak edən digər məktəblilərə qiymətli hədiyyələr təqdim olunub.


Bankdan verilən məlumata əsasən, Bank il ərzində yalnız biznes sahəsində deyil, həmçinin sosial sahədə də müxtəlif layihələr həyata keçirərək cəmiyyətə faydalı olmağa davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi

internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Açar sözlər
Bank Respublika , Mərkəzi Bank , Azərbaycan , Xətai
İqtisadiyyat xəbərləri
Azxeber.com digər xəbərlər
Azərbaycana qarşı “4 kalon”dan hücum və “5-ci kalon”un missiyası

Azərbaycana qarşı “4 kalon”dan hücum və “5-ci kalon”un missiyası

23-04-2019 14:52 - Azxeber.com - Siyasət
Beləliklə, tarixin sonrakı dövründə bütün hərbi və siyasi hücumlarda "5-ci kalon” təcrübəsindən gen-bol istifadə edildi.
Bu gün Avropa İttifaqı (Aİ) ilə strateji saziş imzalamağa hazırlaşan Azərbaycanın üzərinə edilən hücum məhz frankistlərin üslubunu xatırladır: "4 kalon” xaricdən, "5-ci kalon” daxildən hərəkətə keçib.
Hədəf imzalanacaq sazişin qarşısını almaqdır və bu, səbəbsiz deyil:


a) Aİ ilə imzalanacaq saziş ilk növbədə Azərbaycanın geosiyasi mənzərədə strateji mövqeyini gücləndirəcək;
b) Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı zəmin daha da artacaq;
c) Azərbaycanın iqtisadi imkanları genişlənəcək və bu, əhalinin sosial rifahının daha da yaxşılaşması, "Avropa standartları” deyilən səviyyəyə yüksəlməsi ilə nəticələnəcək;
– Son dövrlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar bu prosesin başlandığını göstərir və dövlət başçısının elan etdiyi "sosial paket”də birbaşa vətəndaşlara yönələn sosial layihələr yer alıb.
Aİ ilə imzalanması planlaşdırılan saziş özündə kifayət qədər geniş imkanları əks etdirir. Anti-Azərbaycan qüvvələri narahat edən də məhz budur və bu gün onlar 5 kalondan hücuma keçiblər.
"Birinci kalon” – Ermənistan:işğalçı ölkəni narahat edən əsas məqam Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllidir.