Banklardan təzminat alacaq şəxslərə şad xəbər


Bu gün problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısı hazır olacaq.

Bütün məlumatlar xüsusi portalda (pk.fimsa.az) dərc ediləcək.

Məlumatın toplanması ilə əlaqədar bəzi vətəndaşlar təzminatın məbləğini müəyyən edə bilmirdi. Bu gündən etibarən fiziki şəxslər təkcə təzminat barədə deyil, həmçinin onların kreditlərinin restrukturizasiyası barədə məlumat ala biləcəklər.

Problemli kreditlər barədə məlumatlar, müştərilərin kredit götürdüyü banklara ötürüləcək.


İqtisadiyyat xəbərləri
Teleqraf.com digər xəbərlər
Müharibə veteranlarına Prezident təqaüdü təsis edildi

Müharibə veteranlarına Prezident təqaüdü təsis edildi

15-04-2019 18:21 - Teleqraf.com - Siyasət
Müəyyən edilir ki, fərmana əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir; bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir.