Bankomatlarda saxta gizli kameralar ola bilər –


Bankomatlarda saxta gizli kameralar ola bilər – BELƏ QORUNAQ - FOTOLAR

Bankomat xidməti vasitəsilə pul köçürülməsi və yaxud pul çıxarışı edirsinizə, ehtiyatlı olun.

Oxu24.com Bakupost.az-a istinadən xəbər verir ki, müasir dələduzlar bankomat aparatlarına yerləşdirdikləri xüsusi kameralarla bank hesabınızdakı pulları çıxara bilərlər.

Belə ki, ATM ekranının alt hissəsindəki bu parça əslində təhlükənin birbaşa özüdür.

ATM ekranının altındaki hissəni astaca özümüzə doğru çəkək...

Ehtiyatlı olun! Çünki tez qırılma ehtimalı var.

Diqqətlə baxsanız, iç tərəfində gizli kameranın olduğunu görəcəksiniz.

Xeyli müddət aktiv qalan kamera, bankomata daxil olunan bütün şifrələri yaddaşına yazır.

Bu aparatın arxa tərəfində isə SD kart olur. Yəni bütün məlumatlar yaddaş kartına ötürülür.

Bu sistem bütün informasiyaları kopyalayır!

Bankomatların əksəriyyətində bu kameralar bank tərəfindən yerləşdirilsə belə, dələduzlar bu kameraya müdaxilə edərək, ora saxta kamera yerləşdirib vətəndaşların hesablarını ələ keçirməyə çalışırlar.

Odur ki, bankomatlara şifrə daxil edərkən əlinizi mütləq bu formada tutun.

loading...

Paylaş:

08-may, 2019 18

loading...

Загрузка...

loading...

Hadisə xəbərləri
Oxu24.com digər xəbərlər