"Barselona" 19 yaşlı futbolçu transfer etdi

"Barselona" 19 yaşlı futbolçu transfer etdi

"Barselona" heyətini yeni futbolçuyla gücləndirib.
Kataloniya təmsilçisi "Tuluza"dan Jan-Kler Todibonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
19 yaşlı müdafiəçiylə 4,5 illik müqavilə imzalanıb. Todibo "Barsa"da 6 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Barselona" qış transfer pəncərəsi dövründə "Sassuolo"dan Kevin-Prins Boatenqi, "Ayaks"dan Frenki de Yonqu, "Atletiko Mineyro"dan Emersonu transfer edib. ///Milli.Az

İdman xəbərləri
Azxeber.com digər xəbərlər