"Barselona" səfərdə xal itirdi

"Barselona" La Liqada növbəti oyununa çıxıb. Kataloniya klubu 32-ci turda səfərdə autsayder "Ueska" ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
"Ueska" - "Barselona" - 0:0
Bu nəticədən sonra Ernesto Valverdenin komandası 74 xalla 1-ci pillədə qərarlaşıb. 31 oyundan 62 xal qazanan "Atletiko" 2-ci, "Real" 60 xalla (31 oyundan) 3-cüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə