Baş həkim: Avtobus qəzası nəticəsində 9 nəfər xəstəxanaya yerləşdirilib

Baş həkim: Avtobus qəzası nəticəsində 9 nəfər xəstəxanaya yerləşdirilib

Şəmkir rayonunda sərnişin avtobusunun aşması nəticəsində 9 nəfər xəstəxanaya yerləşdirilib.

REAL xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov deyib.

Baş həkim bildirib ki, hazırda xəstələrdən 4 nəfər reanimasiyada, 5-i isə palata şəraitində müalicə olunur: "Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib. Xəsarət alanlardan 1-nin vəziyyəti ağır, qalanların vəziyyəti orta-ağırdır".

Xatırladaq ki, Şəmkir rayonu ərazisində, Şəmkir-Qaracəmilli yolunda hərəkətdə olan sərnişin avtobusu idarəetməni itirərək aşıb.

Hadisə xəbərləri
Realtv.az digər xəbərlər