Bayden Trampa rəqib olduğunu rəsmən açıqladı

Bayden Trampa rəqib olduğunu rəsmən açıqladı

Sabiq prezident Barak Obama dövründə prezident köməkçisi olan Co Bayden ABŞ-da 2020 -ci ildə keçirilək seçkilərdə namizədliyini irəli sürəcəyini bu gün rəsmi şəkildə açıqlayıb. SİA-nın xəbərinə görə, "Twitter" hesabında seçki kampaniyasına başladığını elan edən namizəd bununla bağlı viodeo da paylaşıb.

Uzun müddətdir seçki yarışına daxil olub-olmayacağı ilə bağlı qərar qəbul edəcəyi gözlənilən 76 yaşlı Co Bayden bu gün rəsmi olaraq namizədliyini Demokrat Partiyasından irəli sürdüyünü bildirib.

Bayden "Twitter"də namizədliyini belə açıqlayıb: "Bu millətin əsas dəyərləri dünyadakı mövqeyimiz ... demokratiyamızdır ... "ABŞ-ı ABŞ edən hər şey təhlükə altındadır ... Bu səbəbdən bu gün ABŞ prezidentliyinə namizədliyimi açıqlayıram".

Siyasət xəbərləri
Sia.az digər xəbərlər