Bayden yaxın zamanlarda prezident seçkilərində iştirak etmək haqda qərar verəcək

ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden prezidentliyə namizədliklə bağlı qərar vermək mərhələsindədir.
“Report”un Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə onun özü jurnalistlərə açıqlama verib. Bayden bildirib ki, müvafiq qərarını qısa bir zamanda açıqlayacaq. O, həmçinin vəkillərinin bu məsələdə fikir söyləyərkən ehtiyatlı davranmağı məsləhət gördüyünü vurğulayıb.
Xatırladaq ki, ölkədə keçirilən sorğulara əsasən, Co Bayden demokratlar arasında yüksək nüfuza malikdir.