Bayram Nurlu həbs olunub?

Bayram Nurlu həbs olunub?

Ekstrasens Bayram Nurlunun həbs olunması ilə bağlı "Facebook" səhifələrində məlumat yayılıb. SİA-nın məlumatına görə, iddia olunub ki, Bayram kimisə təhqir etdiyinə görə azadlıqdan məhrum olunub.

Bayram haqqında yayılan xəbəri təqzib edib: "Ölüm xəbərimi yaydılar. Məni gözdən salmaq üçün cürbəcür səhv məlumatlar yazdılar. İndi də deyillər ki, guya kimisə təhqir etdiyimə görə məni həbs ediblər. Birinci belə yalan xəbərləri yazan insanların özünü həbs etmək lazımdır. Bir insanı bu qədər qaralamazlar. A bala, nə istəyirsiz məndən? Nə vermisiz ala bilmirsiz? Öz ailəmlə birgəyəm, öz həyatımı yaşayıram. Kiminsə çörəyini əlindən almıram ki? Hamı bilir Bayram özü üçün yaşayan insandır. Belə yalan xəbərlərə inanmayın".

loading...

Mədəniyyət xəbərləri
Sia.az digər xəbərlər