BDU-da Ə.Ağaoğlunun anadan olmasının 150 illiyi ilə bağlı ilk tədbir keçirilib - FOTOLAR

BDU-da Ə.Ağaoğlunun anadan olmasının 150 illiyi ilə bağlı ilk tədbir keçirilib  - FOTOLAR

Azərbaycanın görkəmli mütəfəkkiri, siyasi xadim və tanınmış jurnalist Ə.Ağaoğlunun anadan ilmasının 150 illiyi ilə bağlı Bakı Dövlət Universitetində tədbir keçirilib.Qeyd edək ki, bu görkəmli mütəfəkkirin yubileyinə həsr edilmiş ilk tədbirdir.

Tədbiri giriş sözü ilə universitetin professoru, Jurnalistika fakültəsi elmi metodiki şuranın sədri C.Məmmədli açıb.

Sonra çıxış üçün söz tarix elmləri doktoru Nəsiman Yaqubluya verilib.N.Yaqublu Ə.Ağaoğlunun Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda-Şuşada doğulduğnu qeyd edib.Ə.Ağaoğlu sonradan Tiflisdə təhsil alıb,oxumaq üçün Peterburqa və oradan Fransaya yollanıb.Məşhur Sorbonna universitetində təhsil aldıqdan sonra o, Azərbaycana qayıdıb.Şuşada fransız dilindən dərs deyib,”Kaspi” qəzeti ilə əməkdaşlıq edib,”İrşad” qəzetinin baş redaktoru olub,”Difai” təşkilatını yaradıb ermənilərin soyqırımından xalqı qurtarıb.Ə.Ağaoğlu Azərbaycan xalq Cümhuriyyəti dövründə Zəngəzurdan Azərbaycan Parlamentinə millət vəkili secilib.Sonradan Ə.Ağaoğlu Türkiyədə fəaliyyətini davam etdirib və burada mühüm dövlət vəzifələrində çalışıb.

N.Yaqublu əksəriyyəti tələbələrin olduğu tədbiri bu sözlərlə yekunlaşdırıb:”Ə.Ağaoğlunun irsini öyrəndikcə bu qənaətə gəlmək mümkündür-bizim tariximiz də siyasət tariximiz də,mətbuat və ədəbiyyat tariximizdə yenidən yazılmalıdır.Bu dəfə isə Ə.Ağaoğlunun yazdıqları əsas götürülməlidir”.

BDU-da keçirilən bu tədbirdə universitetin rəhbərliyindən də nümayəndələr iştirak etmişlər.


Açar sözlər
Bakı Dövlət Universiteti , Sorbonna Universiteti , Türkiyə , Azərbaycan , Fransa , Şuşa
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər