Belçika parlamenti qondarma “erməni soyqırımı”nı rədd edib

2019-cu il aprelin 25-də Belçika Federal
Parlamenti tərəfindən Ruanda, Kamboca və keçmiş Yuqoslaviyada törədilmiş
soyqırımların təkzib edilməsi üçün cinayət məsuliyyətini nəzərdə tutan qanun
qəbul edilib.
BakuPost.az ONA-ya istinadən xəbər verir ki, iclasda qondarma
"erməni soyqırımı”nın həmin siyahıya
daxil edilməsi səyləri uğursuzluqla nəticələnib.
Belə ki, fransızdilli DEFİ (Demokrat,
Federalist və Müstəqillər) və CDH (Xristian-Demokrat Mərkəzi) partiyaları
tərəfindən bu xüsusda təqdim edilmiş düzəliş təklifi ötən gün Belçika Federal
Parlamentinin Ədliyyə Komissiyasında müzakirələr nəticəsində rədd edilib.