“Belə çıxır ki, saatlarla elə-belə söhbət edirsiniz?...”

8.53
Bakı və Yerevan Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları hər hansı konkret sənəd olmadan aparırlar. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan 1in.am-a müsahibəsində belə deyib.
“Biz bu gün hansısa sənəd olmadan danışıqlar aparırır. Prinsipləri, yanaşmaları müzakirə edirik. Bu, konret sənəd olmadan aparılan danışıqlardır. Ən mühümü odur ki, biz konkret mətn üzərində danışıqlar aparmırıq”-Mnatsakanyan bağlı qapılar arxasında baş verənlər haqda danışarkən bildirib.
Bu zaman aparıcı ondan soruşub:”Belə çıxır ki, saatlarla kağızsız, sənədsiz söhbət edirsiniz?”
Mnatsakanyan cavabında deyib ki, onlar saatlarla söhbət etmirlər, saatlarla müzakirə edirlər, müqayisələr aparırlar, mübahisə edirlər, öz yanaşmalarını təqdim edirlər və sonradan bəyanatlarda əks olunan hansısa razılaşmalar dairəsini formalaşdırmağa çalışırlar.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov danışıqlarda 2016-cı ildə irəli sürülmüş “Lavrov planı”nın müzakirə olunduğunu demişdi.
***
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun görüşü Vaşinqtonda keçirilə bilər. Virtualaz.org xəbər verir ki, bu barədə “1in.am” nəşrinə müsahibəsində Ermənistan XİN-in başçısı bildirib.
O qeyd edib ki, prosedurların davamlılığı zəruridir və ABŞ-dakı həmkarlar öz dəvətlərini konkretləşdirərlərsə, erməni tərəfi məhz o vaxt bəyanatla çıxış edəcək. Mnatsakanyan bildirib ki, ABŞ həmkarlarının adından danışmaq istəmir, belə ki, onlar hər şeyi hazırlamalı, dəqiqləşdirməlidirlər.
“Deyə bilmərəm ki, tərəfinizdən bəyanat olmadan mən sizə qonaq gəlirəm”, - Mnatsakanyan izahat verib.
Daha öncə Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarov bildirmişdi ki, ABŞ tərəfi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə iki ölkənin xarici işlər nazirlərinin görüşünün Vaşinqtonda keçirilməsini təklif edib.